İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 466 nəfər yoluxub.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 833 040 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 819 564 nəfəri sağalıb, 6 203 nəfəri isə vəfat edib.