İsraildə koronavirusdan ölənlərin sayı 5 min nəfəri ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 403 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 680 856 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 591 052 nəfəri sağalıb, 5,020 nəfəri isə vəfat edib.