İsraildə koronavirusa yoluxanların sayı 852 mini ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 237 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 852 745 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 2 nəfər ölüb və ölənlərin ümumi sayı 6 450 nəfər təşkil edir.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 838 926 nəfəri sağalıb, aktiv xəstələrin sayı 7 369 nəfərə qədər artıb.