İsraildə koronavirusun yeni ştamı “BA.2.86” aşkarlanıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin KAN radiostansiyası məlumat yayıb.
Sözügedən variantın bundan öncə ABŞ, İngiltərə və Danimarkada müəyyən edildiyi bildirilib.
Bildirilib ki, mövcud peyvəndlər mutasiya olunmuş yeni varianta qarşı effektiv deyil və bu səbəbdən Dünya Səhiyyə Təşkilatı (DST) bundan olduqca narahatdır.