İsraildə karantin qaydalarına və maska rejiminə nəzarət gücləndirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

İsrail hökuməti ölkədə karantin qaydalarına əməl olunmasına nəzarət tədbirlərini gücləndirib.

AzerTimes-ın məlumatına görə, verilən qərara əsasən, ölkə ərazisində özünütəcrid rejimində olanlara , eləcə də qapalı məkanlarda maska taxmaq tələbinə nəzarət sərtləşdirilib.

Qeyd edək ki, İsraildə iyunun 15-də ləğv olunmuş maska rejimi 10 gün sonra, iyunun 25-də yenidən bərpa edilib.


Qapalı məkanda maska taxmamağın cəriməsi 150 dollardan çox təşkil edir.