İsrailin mərkəzi hissəində yerləşən ödənişli avtomobil yolunda iki sərnişin avtobusu toqquşub.
AzerTimes-ın “Kan” radiosuna istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 33 nəfər xəsarət alıb.
Bildirilir ki, onlardan 1 nəfərin vəziyyəti ağırdr.
Qəzanın səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, bu, son iki həftə ərzində İsraildə baş verən ikinci böyük yol qəzasıdır. Belə ki, sentyabrın 29-u 89 nömrəli şossedə minik avtomobiliynən avtobusun toqquşması nəticəsində 4 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.