İsrail ordusunun onlarla ehtiyatda olan əsgəri ölkənin müdafiə naziri Yoav Qallantın evinin yaxınlığında etiraz aksiyası keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Aksiyada ehtiyatda olan hərbçilərlə yanaşı, həlak olan əsgərlərin yaxınları və fəal hərbi qulluqçular da iştirak ediblər.
Onlar ölkənin hərbi rəhbərliyindən HƏMAS üzərində tam qələbə üçün Qəzzada daha fəal və qətiyyətli əməliyyatlara başlamağı tələb ediblər.
“Qələbə tələb edirik. Qallant, əgər bunu necə əldə edəcəyini bilmirsənsə, onda açarları təhvil ver”, – aksiya iştirakçıları bildirib.