İsrailin Suriyanın paytaxtında İran konsulluğuna aviazərbəsi İslam Respublikasına İsrailin istənilən yerinə zərbə endirməyə əsas verir.
AzerTimes xəbər verir ki, SEPAH komandiri, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İsmayıl Kövsəri deyib.
Kövsəri BMT-nin baş verən hadisələrlə bağlı heç bir ciddi addım atmadığını bildirərək, beynəlxalq qurumu təhqir edib, onu “ləyaqətsiz” adlandırıb.
O, həmçinin Suriyada fəaliyyət göstərən SEPAH komandirlərinin rəsmi Dəməşqin icazəsi ilə orada olduqlarını deyib.
“Biz səbir və təmkinlə dəqiq hesablama aparırıq ki, haranı vura bilərik. Bunu edəcəyik. Elə bilməsinlər ki, bu əməlləri cavabsız qalacaq”.
O, ABŞ-ın İsrailin hücumundan məlumatsız olması barədə bəyanatlarının yalan olduğunu söyləyib:
“İsrailin Vaşinqtonun icazəsi olmadan belə bir addım atması mümkün deyil”.