İsraildə hakimiyyət dəyişməyəcək – Netanyahu

İsraildə hakimiyyət dəyişməyəcək – Netanyahu

İsraildə seçkilər keçirmək və hakimiyyəti dəyişmək gərək deyil.

AzerTimes xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu amerikalı senator Çak Şumerin bu yöndə açıqlamalarına cavab olaraq deyib.

“Yeganə devrilməsi lazım olan hakimiyyət Qəzzadakı HƏMAS hakimiyyətidir. Mindən çox israillini öldürdülər. İsraillilərin əksəriyyəti bizim hakimiyyəti və onun siyasətini dəstəkləyir. 11 sentyabr teraktından sonra İsrail Buşun əvəz edilməsini xahiş etməmişdi”, – deyə baş nazir bildirib.

Teqlər: