İsrailin paytaxtı Təl-Əvivdə məhkəmə islahatlarına qarşı genişmiqyaslı etiraz aksiyası yenidən başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Aksiyaçılar şəhərin mərkəzi küçələrini bağlayıblar.
Bu gün ölkənin digər şəhərləri Hayfa, Aşdod, Beerşebada da aksiyalar keçirilib.
Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu martın sonunda müxaliflərlə danışıqlar aparmaq və kompromis əldə etmək üçün məhkəmə islahatları ilə bağlı qanunvericilik prosesinin dayandırıldığını elan edib.