İsraildə etiraz aksiyaları: Pentaqon rəhbərinin səfəri yubanır

İsraildə etiraz aksiyaları: Pentaqon rəhbərinin səfəri yubanır

ABŞ müdafiə naziri Lloyd Ostinin İsrailə səfəri yubanır.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, ölkədə məhkəmə sistemində aparılan islahatlara etiraz olaraq kütləvi aksiya səbəbindən Ostinin səfər qrafikində dəyişiklik olub.

Qəzetin yazdığına görə, Ostin martın 9-da İsrailə səfər etməli idi, lakin müəyyən dəyişiklik olub. Səfərin konkret tarixi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, L.Ostin ötən gün İraqda səfərdə olub.

Teqlər: