İsraildə 25 minə qədər ehtiyatda olan hərbçi orduya çağırılıb.
AzerTimes xəbər verir ki, bununla bağlı İsrail müdafiə naziri Benni Qantz müvafiq sərəncam imzalayıb.
Həmçinin, bildirilib ki, Baş Qərargah rəisi Koxavi İsrail Müdafiə Qüvvələrinə fövqəladə vəziyyə rejiminə keçməyi və əsas komanda məntəqəsini açmağı əmr edib.
Qeyd edək ki, cümə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” terror qruplaşmasının hədəflərinə qarşı “Sübh” əməliyyatına başladığını elan edib.