İsraildə Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi açılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İsrailin paytaxtı Təl-Əvivdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirliyi açılıb.

AzerTimes-ın məlumatına görə, təntənəli açılış mərasimində İsrailin yeni prezidenti İshak Hersoq iştirak edib.

Qeyd olunur ki, səfirlik iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində fəaliyyətə başlayır.


İyun ayında BƏƏ-nin paytaxtı Əbu-Dabidə İsrail səfirliyi, Dubay şəhərində isə baş konsulluğu açılmışdı.