İsrailin Raanana şəhərində terror aktı törədildiyi ehtimal olunur.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, bir nəfər avtomobil sürücüsünə bıçaqla hücum edib, daha sonra onun avtomobilindən istifadə edərək insanların üzərinə sürüb. Avtomobili maneəyə çırpan şəxs başqa bir avtomobilə əyləşərək bir neçə nəfəri vurub, daha sonra isə hadisə yerindən qaçmağa çalışıb.
Polisin məlumatına görə, həmin şəxs saxlanılıb.
Hücum nəticəsində 18 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır.