İsrailin cənubunda Beersheba şəhərində ticarət mərkəzinə bıçaqla
silahlanmış çəxsin hücumu nəticəsində dörd israilli həlak olub, bir
neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Kan
dövlət radiostansiyası məlumat yayıb.
Qeyd olunur ki, hücumu əvvəllər terror təşkilatında iştiraka
görə həbs cəzası çəkən İsrail vətəndaşı olan Hura ərəb kəndinin
sakini həyata keçirib. Hücum edən şəxs hadisə yerində cavab atəşi
ilə zərərsizləşdirilib.
Bildirilir ki, terrorçunu hadisı şahidi açdığı atəşlə
neytrallaşdırıb. Hücum edən şəxs aldığı yaralardan dünyasını
dəyişib.
İsrailin baş naziri Naftali Bennetin ofisindən bildirilib ki,
baş nazir insidentlə bağlı məlumat toplayır və hazırda daxili
təhlükəsizlik naziri və baş polis müfəttişi ilə görüş keçirir.