Macarıstan Prezidenti Katalin Novak Qüdsə səfər etdiyini, İsrail Prezidenti İsaak Hersoqla görüşdüyünü və onu Qəzzadakı mülki hədəflərə hücumlardan çəkinməyə, humanitar yardım üçün anklava çıxışı təmin etməyə çağırdığını bildirib.
AzerTimes xəbər verir ki, o, bu barədə Feysbuk hesabında yazıb.
“Macarıstan heç vaxt İsraildə baş verənlərə biganə qala bilməz. Mən şəxsən İsrail Prezidenti İsaak Hersoqu əmin etdim ki, Macarıstan İsraili dəstəkləyir. İsrailin özünümüdafiə hüququ var. Mən həmçinin İsrail prezidentindən xahiş etdim ki, cavab tədbirləri mülki hədəflərdən qaçınsın və Qəzza zolağında humanitar yardım mümkün olsun”,- o bildirib.