İsraildə Azərbaycan dilinin tədrisi İranı narahat etdi

İsraildə Azərbaycan dilinin tədrisi İranı narahat etdi

İsrailin Bar-İlan Universitetində Azərbaycan dilinin tədris olunacağı barədə məlumatların yayılmasından sonra İran mediası növbəti dəfə Bakı-Təl-Əviv münasibətlərini tənqid edib.

AzerTimes xəbər verir ki, bu barədə SEPAH-a bağlı sosial media kanalları paylaşımlar ediblər.

Onlar rəsmi Bakıya qarşı İran rəsmilərinin iddialarını səsləndirib, Azərbaycan və İsrail xalqları arasında mədəni əlaqələri qısqanclıqla qarşılayıblar.

Qeyd edək ki, bu tənqidlər Ermənistanda fars dilinin tədrisinin genişləndirilməsi və İranda erməni dilinin inkişafı ilə bağlı Tehran-İrəvan arasında yeni müqavilələrin bağlanması fonunda edilir.

Teqlər: