İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 175 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 840 813 nəfərə, ölənlərin sayı isə 6 429 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 833 237 nəfəri sağalıb, aktiv xəstələrin sayı 1 147 nəfərə qədər artıb.