İsraildə aktiv koronavirus xəstələrinin sayı 82 mini ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 10 774 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 190 971 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 44 nəfər ölüb və ölənlərin ümumi sayı 7 428 nəfər təşkil edir.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 101 515 nəfəri sağalıb, aktiv xəstələrin sayı 82 028 nəfərə qədər artıb.