İsraildə aktiv koronavirus xəstələrinin sayı 80 mini ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 9 725 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 164 942 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 18 nəfər ölüb və ölənlərin ümumi sayı 7 337 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 076 782 nəfəri sağalıb, aktiv xəstələrin sayı 80 823 nəfərə qədər artıb.