İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 691 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 242 262 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 26 nəfər ölüb və ölənlərin ümumi sayı 7 567 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 159 738 nəfəri sağalıb, aktiv xəstələrin sayı 74 957 nəfərə qədər azalıb.