İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 616 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 263 896 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 8 nəfər ölüb və ölənlərin ümumi sayı 7 649 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 193 225 nəfəri sağalıb, aktiv xəstələrin sayı 63 022 nəfərə qədər azalıb.