İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 265 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 954 323 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 12 nəfər ölüb və ölənlərin ümumi sayı 6 699 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 890 990 nəfəri sağalıb, aktiv xəstələrin sayı 56 634 nəfərə qədər artıb.