İsraildə aktiv koronavirus xəstələrinin sayı 48 mini ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 622 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 934 896 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 11 nəfər ölüb və ölənlərin ümumi sayı 6 622 nəfər təşkil edir.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 879 873 nəfəri sağalıb, aktiv xəstələrin sayı 48 401 nəfərə qədər artıb.