İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 783 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 938 679 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 46 nəfər ölüb və ölənlərin ümumi sayı 6 668 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 884 336 nəfəri sağalıb, aktiv xəstələrin sayı 47 675 nəfərə qədər düşüb.