İsraildə aktiv koronavirus xəstələrinin sayı 42 mini ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 294 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 923 531 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 15 nəfər ölüb və ölənlərin ümumi sayı 6 602 nəfər təşkil edir.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 874 563 nəfəri sağalıb, aktiv xəstələrin sayı 42 366 nəfərə qədər artıb.