İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 695 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 910 569 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 16 nəfər ölüb və ölənlərin ümumi sayı 6 571 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 867 747 nəfəri sağalıb, aktiv xəstələrin sayı 36 251 nəfərə qədər artıb.