İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 221 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 897 326 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 19 nəfər ölüb və ölənlərin ümumi sayı 6 535 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 859 055 nəfəri sağalıb, aktiv xəstələrin sayı 31 736 nəfərə qədər artıb.