İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 285 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 842 062 nəfərə, ölənlərin sayı isə 6 429 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 833 579 nəfəri sağalıb, aktiv xəstələrin sayı 2 054 nəfərə qədər artıb.