İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 274 nəfər yoluxub, 1 nəfər isə koronavirusdan vəfat edib.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 836 740 nəfərə, ölənlərin sayı isə 6 315 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 827 745 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb.