İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 250 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 842 621 nəfərə çatıb. Son sutka koronavirusdan ölüm halı qeydə alınmayıb və ölənlərin ümumi sayı 6 429 nəfərə təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 833 794 nəfəri sağalıb, aktiv xəstələrin sayı 2 398 nəfərə qədər artıb.