İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 130 nəfər yoluxub, 3 nəfər isə koronavirusdan vəfat edib.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 837 012 nəfərə, ölənlərin sayı isə 6 334 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 828 439 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 2 239 nəfərə düşüb.