İsraildə aktiv koronavirus xəstələrinin sayı 193 nəfərə düşüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 10 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 839 527 nəfərə, ölənlərin sayı isə 6 416 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 832 919 nəfəri sağalıb, aktiv xəstələrin sayı 193 nəfərə düşüb.