İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 280 nəfər yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 871 343 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 3 nəfər ölüb və ölənlərin ümumi sayı 6 469 nəfər təşkil edir.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 848 474 nəfəri sağalıb, aktiv xəstələrin sayı 16 400 nəfərə qədər artıb.