İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 67 nəfər yoluxub.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 838 688 nəfərə, ölənlərin sayı isə 6 369 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 831 084 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 1 235 nəfərə düşüb.