İsrail hərbi qüvvələri Livanın cənubunda Hizbullah mövqelərinə yenidən zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ayt-əş-Şaab, Bani Hayyan və Meys-əl-Cebel yaşayış məntəqələrindəki infrastruktur obyektləri hücuma məruz qalıb.
Bundan əlavə, Livanın cənubundakı Houla qəsəbəsində Hizbullahın hərbi təyinatlı obyektinə də zərbə endirilib.