İsrail Hərbi Hava Qüvvələri Hizbullah hərəkatının silahlı qüvvələrinin istifadə etdiyi raket buraxılış qurğularına zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Livanın cənubundakı Rəşaya əl-Fuxar kəndində qurğular hədəf alınıb.
Bildirilib ki, bu qurğular vasitəsilə Hizbullah İsrail ərazisini növbəti dəfə atəşə tutmağa hazırlaşırdı.