2023-cü ilin 7 oktyabrından – HƏMAS-ın hücumlarından bu günə kimi 12 minə yaxın yaralı ilə bağlı məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Reablitasiya Departamenti məlumat yayıb.
Məlumata görə, yaralıların 93 faizi kişi, 66 faizi ehtiyatda olan çağırışçı, 51 faizi isə 18-30 yaş arası şəxsdir.
Məlumatda qeyd olunub ki, son bir ildə 30 yaşa qədər yaralananların sayı 3 dəfə artıb.