İsrail yaralı terrorçuların müalicəsini qadağan etdi

İsrail yaralı terrorçuların müalicəsini qadağan etdi

İsrailin səhiyyə naziri Moşe Arbel yaralı HƏMAS döyüşçülərinin dövlət xəstəxanalarında müalicəsinin qadağan edilməsi barədə göstəriş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

“Bu çətin dövrdə səhiyyə sistemi bütün diqqətini qurbanların, İsrail əsgərlərinin müalicəsinə yönəltməlidir. İctimai səhiyyə sistemində terrorçuların təhlükəsizliyini təmin etmək və müalicə etmək vəzifəsi bu səylərə əhəmiyyətli dərəcədə zərər verir və buna görə də mənim rəhbərliyim altında onlar müalicə olunmayacaqlar”, – nazir bildirib.

Teqlər: