İsrail Suriyanın Xüms əyalətindəki hədəflərinə raketlərlə zərbə endirib.
AzerTimes xəbər verir ki, bu haqda SANA hərbi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, nəticədə 3 mülki şəxs yaralanıb. Zərbənin gecə yarısından sonra Livanın şimalındakı hava məkanından endirildiyi bildirilir.
Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinə ziyan dəyib, bir neçə yanacaq çəni isə yanıb.