İsrail Xarici İşlər Nazirliyi Ukraynaya humanitar yardımın
göstərilməsi təşəbbüslərini mərkəzləşdirmək üçün “Matat” İanə və
Koordinasiya Mərkəzini yaradıb.
Trend xəbər verir ki, nazirlik bu barədə “Twitter” səhifəsində
bildirib.
“Xarici İşlər Nazirliyi bu gün humanitar yardım təşəbbüslərini
və İsrail vətəndaş cəmiyyətinin Ukrayna xalqına ianələrini
mərkəzləşdirmək və əlaqələndirmək məqsədi ilə “Matat” (İanə və
Koordinasiya Mərkəzi) yaradıb”, – məlumatda bildirilir.
Qeyd olunur ki, koordinasiya mərkəzi yaratmaq qərarı İsraildəki
müxtəlif qurumların çoxsaylı müraciətlərindən sonra qəbul edilib.
Hazırda İsraildən Ukraynaya müxtəlif növ humanitar yardımların
daşınması ilə məşğul olan onlarla şirkət, təşkilat və fiziki
şəxslər var.