İsrail Ukraynada “Tzeva Adom” hava təhlükəsi xəbərdarlığı sistemini dörd ay ərzində yerləşdirəcək və ilk mərhələdə Kiyevi əhatə edəcək.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun ehtiyatda olan mayoru Viktor Vertsner məlumat yayıb.
“Bu sistem radarlar ilə koordinasiyada işləyir. O, raketlərin trayektoriyasını hesablayır və raketin uçuş istiqamətində bir neçə bölgəyə deyil, bu raketlərin getdiyi yerə xəbərdarlıq siqnalını verir”, – mayor bildirib.
Qeyd edilir ki, yeni sistem bu gün S-300, S-400 və hipersonik Kinjalları aşkarlaya biləcək.