İsrail xəbər verdi, İranın terror şəbəkəsi çökdürüldü

İsrail xəbər verdi, İranın terror şəbəkəsi çökdürüldü

İsrail MOSSAD təşkilatının kəşfiyyat məlumatları əsasında Yunanıstanın təhlükəsizlik xidməti ölkədə İrana məxsus şəbəkənin terror aktının qarşısını almağa müvəffəq olub.

AzerTimes xəbər verir ki, bu barədə “Yerusalem Post” məlumat yayıb.

İsrailin kəşfiyyat agentliyi yunanıstanlı həmkarlarına İranın əməliyyat planlarını təhlil etmək, terror təşkilatının əsas metodlarını aşkarlamaq sahəsində yardım göstərib.

“MOSSAD-ın bəyanatında deyilir ki, iranlı terrorçular Yunanıstandakı yəhudiləri hədəf alıblar. Onların digər ölkələrdə də İsrail nümayəndəliklərinə qarşı terror aktları törətmək planları var. MOSSAD eyni zamanda, İranın Yunanıstandakı terror şəbəkəsi ilə qlobal terror əməliyyatları arasında əlaqəni müəyyən etməyə də kömək edib. Biz tərəfdaşlarımızla birlikdə İranın dünyada sabitliyə zərbə vurmaq niyyətinin qarşısını almaq istiqamətində fəaliyyətimizi yorulmadan davam etdirəcəyik”, – deyə bəyanatda bildirilir.

Həmçinin qeyd edilir ki, İranın terror şəbəkəsi Afinadakı yəhudi sinaqoquna hücum planı hazırlayırmış.

Teqlər: