İsraillilərin əksəriyyəti Qəzzada radikallar tərəfindən saxlanılan girovların azad edilməsi üçün HƏMAS-la razılaşmanın tərəfdarıdır.
AzerTimes xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq deyib.
“Bütün xalq girovların geri qayıtmasını istəyir və mütləq əksəriyyət onların azad edilməsi ilə bağlı razılaşmanı dəstəkləyir. Onları qaytarmaq dövlətin borcudur və bu, konsensusun əsasıdır”, – prezident bildirib.