İsrail vurdu, Əsədin biznesmen dostu öldü – Foto

İsrail vurdu, Əsədin biznesmen dostu öldü – Foto

Əsəd ailəsinə yaxın olan tanınmış suriyalı iş adamı Məhəmməd Baraa əl-Qatırcı İsrailin hücumu nəticəsində ölüb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumatda iş adamının İsrailin Livan-Suriya sərhədi yaxınlığındakı əraziyə endirdiyi zərbə nəticəsində həyatını itirdiyi bildirilib.

İş adamı qardaşı Hussam əl-Qatırcı ilə birlikdə neft, logistika, nəqliyyat və tikinti sahəsində böyük biznes qurub. Qatırcı eyni zamanda Əsədə yaxın olduğu üçün ABŞ tərəfindən sanksiyaya məruz qalıb.

Teqlər: