İsraillə Türkiyə arasında əməkdaşlığın inkişafı təkcə iki
ölkənin deyil, bütün bölgənin xeyrinə olacaq.
Trend xəbər verir ki, bunu İsrail prezidenti İshaq Hersoq
Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, İsrail və Türkiyə əməkdaşlıq edə bilər və
etməlidir.
“Məqsədimiz ölkələrimiz və xalqlarımız arasında dostluq
münasibətlərinin inkişafı üçün zəmin yaratmaqdır”, – İ. Hersoq
bildirib.
Dövlət başçısı Türkiyənin xarici işlər naziri Mövlud
Çavuşoğlunun apreldə İsrailə səfər edəcəyini də bildirib.