İsrail və Mərakeş bir neçə ay ərzində diplomatik əlaqələrin səviyyəsini yüksəltmək və səfirliklər açmaq barədə razılığa gəliblər.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Mərakeşdə səfərdə olan İsrailin xarici işlə naziri Yair Lapid deyib.
Y.Lapid bildirib: “Diplomatik əlaqələrin səviyyəsini yüksəltmək niyyətindəyik – əlaqə bürolarından səfirliklərə qədər. Bir neçə aydan sonra səfirliklər açacağıq”.
Qeyd edək ki, ötən gün Y.Lapid Rabat şəhərində İsrailin Mərakeşdəki əlaqə bürosunun (diplomatik nümayəndəlik) açışılında iştirak edib.