İsrail və HƏMAS Qətər və Fransanın vasitəçiliyi ilə Qəzzaya humanitar yardım və tibbi vasitələrin çatdırılması ilə bağlı razılaşma əldə edib.
AzerTimes xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, razılaşma girovlara dərmanların verilməsi müqabilində Qəzza zolağının sakinlərinə yardımın çatdırılmasını nəzərdə tutur.