Qəzza zolağında girovların azad edilməsi üzrə danışıqlar aparan tərəflər (İsrail və Fələstin) razılığa gəlməyə həmişəkindən daha yaxındırlar, lakin bir sıra fikir ayrılıqları hələ də qalmaqdadır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Con Fayner deyib.
“İsrail və Fələstin arasında dialoq son dərəcə incə mərhələyə çatıb”, – deyə Fayner bildirib.
O əlavə edib ki, girovların azadlığı ABŞ administriyası üçün prioritet məsələdir.