İsrail və Fələstin iki aydır gizli danışıqlar aparır – KİV

İsrail və Fələstin iki aydır gizli danışıqlar aparır – KİV

İsrail və Fələstin nümayəndələri İordan çayının qərb sahilində artan gərginliyi azaltmaq üçün təxminən iki aya yaxındır gizli danışıqlar aparırlar.

AzerTimes xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fələstin tərəfi ABŞ administrasiyası vasitəsilə İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə onunla işləmək istəyi barədə mesaj verib:

“Netanyahu təklifi qəbul edib və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Haneqbiyə Fələstinlə gizli danışıqlar aparmağı tapşırıb. Fələstin tərəfdən isə mülki işlər üzrə nazir Hüseyn Əl-Şeyx müzakirəyə moderatorluq edib. Onlar bir neçə dəfə telefonla danışıb, həm də şəxsən görüşüblər”.

Haneqbi də Fələstin tərəfi ilə danışıqlar faktını təsdiqləyib. O qeyd edib ki, İsrail Fələstindən Beynəlxalq Ədalət Məhkəməsində hüquqi prosedurlarla bağlı addımları dayandırmasını istəyib. Fələstin də öz növbəsində Təl-Əvivdən ölkə şəhərlərinə müdaxilə kimi birtərəfli tədbirlərdən imtina etməyi tələb edib.

Teqlər: